Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının növbəti tədbiri keçirilmişdir

Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının növbəti tədbiri keçirilmişdir

ATGTİ tərəfindən həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının və onun nəzdində fəaliyyət göstərən "Şəxsi inkişaf" klubunun təşkilatçılığı ilə ATGTİ-nin ofisində "Hər şeydən bir az" adlı təlim təşkil edilmişdir.

Gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsinə, onların sosial həyatda daha aktiv fəaliyyətlərinə xidmət etmək məqsədilə təşkil olunan təlim "Speaky Education Center" tədris mərkəzinin təsisçisi və rəhbəri Nihad Mansuroğlu tərəfindən keçirilmişdir. Olduqca səmərəli keçən təlimdə tələbələr təhsillərinin xarici universitetlərdə davam etdirilməsi, ölkə daxilində və xaricdə işlə təmin olunma mövzuları barəsində ətraflı məlumat əldə etmişdirlər.